Ağıllıdırsa, ərini deputat da edər - Dahilərin qadınlar haqda aforizmləri

Ağıllıdırsa, ərini deputat da edər - Dahilərin qadınlar haqda aforizmləri
9 iyul 2021
# 21:00

Kulis.az məşhurların qadınlar haqqında dediyi diqqətçəkən aforizmləri təqdim edir.

Qadınlar olmasaydı, dünyanın bütün pullarının heç bir mənası olmazdı
Aristotle Onassis

Gözəllik də bir fəzilətdir, gözəl qadının qüsurları ola bilməz
Fridrix Şiller

Gallery

Qadınlar sevilmək üçün yaranıblar, başa düşülmək üçün yox
Oskar Uayld

Bu böyük xoşbəxtlikdir ki, indiyədək olan müharibələri kişilər başlayıb. Əgər onları qadınlar törətsəydi, öz qəddarlıqlarında o qədər inadkar olardılar ki, indi yer üzündə bircə insan belə qalmazdı.
Milan Kundera

Qadınlar tarix yaradırlar, baxmayaraq ki, tarix yalnız kişilərin adlarını xatırlayır
Henrix Heyne

Gallery

Həmişə deyirdim ki, qadın yaxşı bir dəhşət filmi kimi olmalıdır: təsəvvür üçün nə qədər boş yer qalsa, o qədər yaxşıdır
Alfred Hiçkok

Bir qadın ancaq yuxuda olanda zərər vermir
Aleksandr Qrin

Otuz yaşındakı qadınlar ən yaxşı vəziyyətdədirlər, amma otuz yaşında kişi başa düşmək üçün çox qocadır.
Jan-Pol Belmando

Gallery

Qadınlarla bağlı edilə biləcək üç şey var; Onu sevə bilər, onun üçün əzab çəkə bilər, ya da onu ədəbiyyata çevirə bilərsən.
Henri Miller

Qadın layiq olduğu yaşdadır
Koko Şanel

Sevməkdə qadınlar peşəkar, kişilər isə həvəskardır
Fransua Tryuffo

Qadın olmaq çox çətin işdir. Çünki kişilərlə məşğul olmaq məcburiyyətindədirlər
Jozep Konard

Dünyanı qadınlar idarə etmiş olsaydı heç müharibə yaşanmazdı. Ancaq 28 gündən bir dərin müzakirələr yaşanardı
Robin Uilyams

Gallery

Bir qadına uyğun ayaqqabı versəniz, dünyanı belə fəth edə bilər
Merlin Monro

Sözdə qadınların siyasi gücləri yoxdur. Amma ağıllı qadınlar, axmaq ərlərini heç bir əziyyət çəkmədən parlamentə soxar, hətta nazir kürsüsündə belə otuzdurar
Bernard Şou

Qadın kölgən kimidir; Qovsan, qaçar, qaçsan qovar
François Rene de Şatobrian

Gallery

Hıçqıraraq ağlayan qadının göz yaşları, ağladan kişinin başına gələcək hadisələrin altına atılan imzadır
Çarles Bukoviski

# 6237 dəfə oxunub

Oxşar xəbərlər

Mixail Bulqakov Tolstoyu və Puşkini geridə qoydu

Mixail Bulqakov Tolstoyu və Puşkini geridə qoydu

17:32 14 may 2026
Azərbaycanda şəhərsalma modeli:  Sovet planlaşması fonunda milli memarlıq ənənələrinin qorunması - ARAŞDIRMA

Azərbaycanda şəhərsalma modeli: Sovet planlaşması fonunda milli memarlıq ənənələrinin qorunması - ARAŞDIRMA

17:00 14 may 2026
Əkrəm Əylisli Avropanın nüfuzlu ədəbiyyat mükafatının finalında

Əkrəm Əylisli Avropanın nüfuzlu ədəbiyyat mükafatının finalında

15:32 14 may 2026
Oktay Kaynarca xəstəxanaya yerləşdirildi

Oktay Kaynarca xəstəxanaya yerləşdirildi

14:41 14 may 2026
İçərişəhər tarixində ilk

İçərişəhər tarixində ilk

14:20 14 may 2026
Əhmədiyyə Cəbrayılova həsr olunmuş kitabın təqdimatı keçirildi

Əhmədiyyə Cəbrayılova həsr olunmuş kitabın təqdimatı keçirildi

13:55 14 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər