Araqlar o dadı vermir...
10 noyabr 2012
00:30
Elçin Səlcuqla ilk tanışlığım 2005-ci ildə Axundov kitabxanasının zirzəmisindəki kafedə baş tutmuşdu. O zaman bir hekayə yazmışdı. Bu onun ilk və son hekayəsi oldu. Elçin hekayəni mənə verib dedi ki, çıx stulun üstünə bunu möhkəm səslə oxu. Elçinlə ilk tanışlığımız belə şəraitə təsadüf etmişdi. O vaxt Elçini heç sevmədim.
Amma sonralar Elçinlə çox yaxın olduq. İkimiz də Bakıda idiksə, mütləq görüşməliydik. Görüşürdüksə mütləq içməliydik. Amma heç vaxt çay içmədik. Həmişə kafedə ofisiant yaxınlaşıb soruşanda ki, çay içirsiz? Elçinin cavabı belə olurdu: “Çayı əzizlərin içsin”.
Dosta nə vaxt ehtiyacım olurdusa ilk ağla gələn Elçin olurdu. Elçin yeganə adam idi ki, istənilən işi həll edə bilirdi.
Bir dəfə yeyib içmək istəyirdik, amma pul yox idi. Elçin siqaret yandırıb, bir az fikirləşəndən sonra dedi ki, getdik. Gedib yol polisindən pul aldı. Dedi yerlimdir. Çox kömək eləmişəm.
Elçin hər səhər bizə gəlirdi. Və günə başlayırdıq. Səhər bir az araq içib ordan dərsə gedirdim. Təbii ki, dərsdən çıxandan sonrada zəng vuracağım adam da Elçin olurdu. Çox vaxt nəşriyyatda otururduq.
“Azadlıq” qəzeti Xəqani 33-dən çıxarılan zaman Elçinlə Sahil bağında bir xeyli oradakı mənzərəni seyr etdik. Sonra Elçin dedi ki, belə baxmaqla bir şey alınmaz, içmək lazımdı, ayılmaq təhlükəsi var. Elçin çox həssas adam idi. Uşaqla uşaq olurdu, böyüklə böyük. Amma Elçinli günlərim cəmi dörd il çəkdi.
Elçini 2009-un dekabrın sakit bir günündə itirdik. O vaxt mən univesiteti bitirib, Əli Bayramlıda yaşayırdım. Günorta Turaldan ümidsiz bir zəng gəldi. Telefonda hiss edirdim zəngdəki kədəri. Turalın səsində heç vaxt belə ümidsizlik eşitməmişdim. İki kəlmə ilə hər şeyi bitirdi: Elçin öldü. Deyiləsi bir şey qalmamışdı. Söz aciz idi. Elçin ölmüşdü...
Bakıya Elçinin yasına gəldim. Yolda yatmışdım. Bayıla çatanda ayıldım. İstədim Elçinə zəng vurub deyim ki, Elçin dolma gətirmişəm, bir araq al gəl bizə. Amma nə Elçin var idi, nə dolma, nə də ki, araq...
Elçin bir daha 050 346 50 00 nömrəsindən zəng vurmayacaqdı.
Elçinin zarafatları bir də eşidilməyəcəkdi.
Elçinin siqaretləri bir də alışmayacaqdı.
Elçin öləndən sonra Elçinlə oturduğumuz kafelərə getmirəm.
Elçinin ölümündən sonra heç bir siqaret, heç bir yemək, heç bir araq əvvəlki dadı vermir.
Elçin kafelərin, siqaretin, zarafatın, mehribanlığın dadını özü ilə apardı.
Bu gün Elçinin ad günüdür.
Üç ildir ki, Elçinin ad gününü Elçinsiz keçiririk.
Elçinsiz keçən 3-cü ad günü.
Elçinin bir mahnısı var idi: “Nigaranam”
Elçindən həqiqətən də nigaranam.
Qəbrin nurla dolsun, dostum...
Fuad Cəfərov

2359 dəfə oxunub
Oxşar xəbərlər
"İslamın ilahi bir din olduğunu tamamilə rədd etmişdim..." - O niyə İslamdan imtina etmişdi?
18:33
27 noyabr 2024
Deputat: "Məqalə və kitablara yazılan qonorarlardan vergini ləğv etmək lazımdır"
18:32
27 noyabr 2024
“Həyatı sevirsənsə, vaxt itirmə” - Brüs Linin qeydləri
17:35
27 noyabr 2024
Əfsanəvi ifaçı karyerasını sonlandırdı
16:44
27 noyabr 2024
Azərbaycanlı alim beynəlxalq konfransda Qulu Ağsəsin şeirlərindən bəhs edib
16:10
27 noyabr 2024
Sinə açılır, üz gərilir, dodaqlar şişir... - Müğənnilərimizdə nə baş verir?
15:00
27 noyabr 2024