"Persepolis"in müəllifi vəfat etdi

"Persepolis"in müəllifi vəfat etdi
4 iyun 2026
# 14:30

Fransa-İran əsilli rəssam, yazıçı və rejissor, "Persepolis" animasiya filmi və "Təhlükəli element" bioqrafik dramı ilə tanınan Marcan Satrapi 56 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə onun yaxınları AFP agentliyinə məlumat veriblər.

Rejissorun yaxın ətrafından verilən məlumatda onun ölüm səbəbi ilə bağlı bunlar qeyd edilib:

"Marcan Satrapi həyat yoldaşı Mattias Ripanın ölümündən bir ildən bir az çox vaxt keçdikdən sonra kədərdən dünyasını dəyişdi".

Qeyd edək ki, Satrapi 22 noyabr 1969-cu ildə İranın Rəşt şəhərində anadan olub. O, imkanlı və siyasi fəal ailəsində böyüyüb. Onun valideynləri əvvəlcə İranın sonuncu şahı Məhəmməd Rza Pəhləviyə, daha sonra isə İslam Respublikasının tətbiq etdiyi məhdudiyyətlərə qarşı çıxış edirdilər. Sərt rejim altında böyümə təcrübəsini Satrapi sonradan əsasında animasiya filmi çəkilən məşhur "Persepolis" qrafik romanında əks etdirmişdi.

2007-ci ildə Vensan Paronno ilə birgə lentə alınan "Persepolis" ekran işi Kann Film Festivalında münsiflər heyətinin mükafatını qazanıb, bir il sonra isə "Ən yaxşı tammetrajlı animasiya filmi" kateqoriyasında 2008-ci il "Oskar" mükafatına namizəd göstərilib.

2012-ci ildə Satrapi eyni zamanda rollardan birini ifa etdiyi "Yotasın dəstəsi" kriminal komediyası ilə bədii kino rejissoru kimi debüt edib. Onun son işi isə dünyaşöhrətli aktrisa Monika Belluççinin rol aldığı "Paris-maris" qara komediyası olub.

Xatırladaq ki, Satrapinin həyat yoldaşı, prodüser, aktyor və ssenarist Mattias Ripa 8 aprel 2025-ci ildə vəfat edib.

# 79 dəfə oxunub

Oxşar xəbərlər

"Transformerlər"in ulduzu təqsirkar olduğunu boynuna aldı

"Transformerlər"in ulduzu təqsirkar olduğunu boynuna aldı

15:23 4 iyun 2026
Sevgi macəraları ilə məşhurlaşan italyan yazıçı  - O, niyə  əsərlərini fransızca yazmışdı?

Sevgi macəraları ilə məşhurlaşan italyan yazıçı - O, niyə əsərlərini fransızca yazmışdı?

15:10 4 iyun 2026
"Anara müraciət edənlərin problemləri çox vaxt həll olunmur" – İqbal Ağazadə

"Anara müraciət edənlərin problemləri çox vaxt həll olunmur" – İqbal Ağazadə

13:16 4 iyun 2026
Keçən ömrün sorağında: Fatma Mehrəliyeva

Keçən ömrün sorağında: Fatma Mehrəliyeva

12:14 4 iyun 2026
"Səyahət ruhun bütün dərdlərinin dərmanıdır..." - Türkiyəli yazıçının "Bizə görə" kitabından sitatlar

"Səyahət ruhun bütün dərdlərinin dərmanıdır..." - Türkiyəli yazıçının "Bizə görə" kitabından sitatlar

12:00 4 iyun 2026
İsa Həbibbəyli:  "Laçında və Kəlbəcərdə arxeoloji tədqiqatlar aparmağı təşkil etməliyik"

İsa Həbibbəyli: "Laçında və Kəlbəcərdə arxeoloji tədqiqatlar aparmağı təşkil etməliyik"

11:55 4 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər