Nəyə lazım hamı bilə, sevirəm səni - Balaş Azəroğlu

Nəyə lazım hamı bilə, sevirəm səni - Balaş Azəroğlu
4 iyun 2026
# 17:40

Kulis.az Xalq şairi Balaş Azəroğlunun "Narın yağış" şeirini təqdim edir.

Sən narın yağış kimi
Elə hopmusan qəlbimə
Sakit-sakit, aram-aram
Yağış yağar, yer doymaz
Mən də səndən doymaram
Gözüm gözündən doymaz
Qulağım səsindən…
Sinəm nəfəsindən…

Deyirlər bu dünyada ən ülvi sevgi,
Səssiz, sözsüz məhəbbətdir…
Axı dilə-ağıza salmaz sevən sevəni.
Mənə də sənin eşqin kifayətdir.
Nəyə lazım hamı bilə, sevirəm səni.

İstəmirəm şıdırğı yağış kimi,
Selə suya dönəsən…
Ya da şimşək olub,
Tez çaxıb, tez də sönəsən…
Mən də nə yağışına islana bilim,
Nə oduna yana bilim…
Neynirik nağıl olub,
Dillərə düşən şöhrəti…
Neynirik dağ çayına,
Dönən məhəbbəti…
Yamacda hay qopara
Səhrada nə səsi, nə izi qala.
Ürəklərə hopmuya,
Hər yanda sözü qala.

Sən elə narın yağış ol, əzizim,
Yağ sakit-sakit, aram-aram.
Yağış yağar, yer doymaz,
Mən də səndən doymaram…

# 501 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

17:45 27 iyul 2026
Mahsun Kırmızıgül ifadəyə çağırıldı - Səbəb

Mahsun Kırmızıgül ifadəyə çağırıldı - Səbəb

17:27 27 iyul 2026
MEDİA İranın AzTV-ni “düşmən media qurumları”  siyahısına daxil etməsi ilə bağlı bəyanat yaydı

MEDİA İranın AzTV-ni “düşmən media qurumları” siyahısına daxil etməsi ilə bağlı bəyanat yaydı

16:50 27 iyul 2026
Puşkinin ölümünə görə sürgün edildi, dueldə öldürüldü – Lermontovun acı taleyi

Puşkinin ölümünə görə sürgün edildi, dueldə öldürüldü – Lermontovun acı taleyi

16:00 27 iyul 2026
Zevsin "məskəni" UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edildi

Zevsin "məskəni" UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edildi

15:30 27 iyul 2026
İmperiyalar minlərlə dilin ölməsinə necə səbəb oldu?

İmperiyalar minlərlə dilin ölməsinə necə səbəb oldu?

15:04 27 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər