Məşhur müğənninin Rusiyadakı konsertlərinə qadağa qoyuldu

Məşhur müğənninin Rusiyadakı konsertlərinə qadağa qoyuldu
3 iyun 2026
# 17:37

Müğənni Ani Lorak instaqram hesabında Xabarovsk, Vladivostok və Yujno-Saxalinskdə planlaşdırılan konsertlərinin baş tutmayacağını açıqlayıb.

Kulis.az xəbər verir ki, sənətçinin sözlərinə görə, bu üç çıxışın keçirilməsi yerli idarəetmə orqanları və regionların rəhbərlikləri tərəfindən təsdiqlənməyib.

Müğənninin nümayəndələri baş verənlərlə bağlı bunları qeyd ediblər:

"Tərəfimizdən tədbirlərin təşkili və keçirilməsi üçün zəruri olan hər şeyi etdik, lakin müraciətlərimizə baxmayaraq, heç bir razılıq ala bilmədik".

Lorakın komandası bildirib ki, bəzi hallarda rədd cavablarında yalnız formal səbəblər göstərilib. Lakin sənətçinin nümayəndələrinin iddiasına görə, Vladivostokda müğənninin tərcümeyi-halından götürüldüyü iddia edilən uydurma faktlar bəhanə gətirilərək tədbirin ləğv olunması barədə birbaşa şəhər rəhbəri tərəfindən göstəriş verilib.

Yaranmış xoşagəlməz vəziyyətlə əlaqədar olaraq biletlərin alındığı yerlərdə qaytarılması prosesinə başlanılıb. Bütün vəsaitin alıcılara tam şəkildə ödəniləcəyi bildirilib. Sənətçinin nümayəndələri bilet alan tamaşaçılardan baş tutmayan konsertlərə görə üzr istəyiblər.

Qeyd edək ki, Ani Lorak Ukraynanın Kitsman şəhərində anadan olub. 2024-cü ilin mart ayında Rusiya vətəndaşlığı almaq üçün müraciət edən müğənni 2025-ci ilin iyun ayında vətəndaşlıq əldə edib və iyunun 9-da rəsmi şəkildə Rusiya pasportu alıb.

# 770 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur bəstəkardan yeni əsər - 90 illik yubileyində

Məşhur bəstəkardan yeni əsər - 90 illik yubileyində

17:00 3 oktyabr 2026
"Şrek" beşinci filmlə ekranlara qayıdacaq

"Şrek" beşinci filmlə ekranlara qayıdacaq

16:00 3 oktyabr 2026
Tanınmış aktyor Kanndakı nüfuzlu məzmun yarmarkasında

Tanınmış aktyor Kanndakı nüfuzlu məzmun yarmarkasında

15:00 3 oktyabr 2026
Bakıda “Avropa Təamları” Kulinariya Festivalının  4-cü buraxılışı keçirilir

Bakıda “Avropa Təamları” Kulinariya Festivalının 4-cü buraxılışı keçirilir

13:12 3 oktyabr 2026
Tarantino və Bred Pittdən yeni layihə - İllər sonra

Tarantino və Bred Pittdən yeni layihə - İllər sonra

13:00 3 oktyabr 2026
İtaliyada yeni bayram - Müqəddəs Fransiskin xatirəsinə

İtaliyada yeni bayram - Müqəddəs Fransiskin xatirəsinə

12:00 3 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər