“Solğun çiçəklər” tamaşası növbəti dəfə nümayiş olunacaq

“Solğun çiçəklər” tamaşası  növbəti dəfə nümayiş olunacaq
11 iyul 2024
# 11:12

İyulun 13-də Şuşa Dövlət Musiqili Dram Teatrının yaradıcı kollektivi görkəmli dramaturq Cəfər Cabbarlının “Solğun çiçəklər” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə yenidən teatrsevərlərin qarşısına çıxacaq.

Kulis.az xəbər verir ki, səhnə əsəri teatrın rejissoru Lalə Şirinovanın quruluşunda hazırlanıb.

Dəfələrlə teatrlarımızın yaradıcı kollektivlərinin səhnəyə qoyduğu əsər milli dramaturgiyamıza yeni ovqat, forma, məzmun və yeni keyfiyyətlər gətirdiyini bir daha sübuta yetirir. Bütün bunlar görkəmli dramaturqun ailə-məişət mövzusunda yazdığı ilk sentimental melodramatik əsərində özünəməxsusluğu, ayrıca bir fərdə və insanlar arasındakı münasibətlərə xüsusi görmə bucağından yanaşmasını önə çəkir.

Cəfər Cabbarlının “Solğun çiçəklər” əsəri Saranın əmisi oğluna olan saf məhəbbətindən və Saranın analığı olan Gülnisənin cinayətindən bəhs edir. Gülnisə Saranın atasını zəhərləməklə kifayətlənməyib onun bütün var dövlətini də ələ keçirmək istəyir. Bütün bu işlərin üstü açılmasın deyə Bəhramı Saradan ayırıb öz doğma qızıyla evləndirir. Nəticədə Sara vəfasızlığın qurbanı olur.

# 1108 dəfə oxunub

Müəllifin son yazıları

# # #