Azərbaycan Kinosu Günü ilə bağlı virtual sərgi hazırlandı

Azərbaycan Kinosu Günü ilə bağlı virtual sərgi hazırlandı
2 avqust 2022
# 10:00

Azərbaycan Kinosu Günü münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “ 2 Avqust – Azərbaycan Kinosu Günü” adlı virtual sərgi hazırlanıb.

Kitabxanadan bildirilib ki, virtual sərgidə Azərbaycan kinosunun tarixini əks etdirən sənədlər, görkəmli şəxslərin kino tariximiz haqqında olan fikirləri, fotolar, Azərbaycan kinosunun tarixini əks etdirən kitab və məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Milli_kino_gunu/index.html linkindən istifadə edə bilərlər.

# 1456 dəfə oxunub

Müəllifin son yazıları

# # #