Emil Quliyev “IV Müasir Audiovizual Baxış” mükafatının qalibi oldu

Emil Quliyev “IV Müasir Audiovizual Baxış”  mükafatının qalibi oldu
27 yanvar 2023
# 17:20

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Real FM-in (Real Təhlil İnformasiya Mərkəzi) dəstəyi ilə hər həftənin şənbə və bazar günləri 107FM dalğasında yayımlanan AzerNyuMeda Şirkətinin “Cinema Radio” Kino-Radio Kanalının “IV Müasir Audiovizual Baxış” mükafatının təqdimetmə mərasimi baş tutub.

Kulis.az xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqından məlumat verilib.

Mükafat ənənəvi olaraq hər il “Cinema Radio” Kino-Radio Kanalının sorğuları əsasında, il ərzində audiovizual sahədə əldə edilən nailiyyətlərə əsasən verilir.

2019-cu ildən təqdim olunan mükafat həmin ildə rejissor və aktyor Kamran Ağabalayevə, 2020-ci ildə rejissor, jurnalist Vəfa Ağabalayevaya, 2022-ci ildə aktyor, ssenarist, aparıcı Azər Aydəmirə təqdim olunub. Bu il isə mükafatın qalibi rejissor Emil Quliyev olub.

Qeyd edək ki, E.Quliyev “Pərdə” trilogiyası, “Körpü” və “Əqrəb mövsümü” teleserialları ilə tamaşaçıların rəğbətini qazanıb. Onun “Ümid” bədii filmi Tulada Qısametrajlı Filmlərin Festivalında və Mazandaranda VIII Beynəlxalq “Varesh International Film Festival”ında “Ən yaxşı rejissor”, eyni zamanda, 2021-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının – “Pərdə” trilogiyasında sosial-mənəvi problemlərin uğurlu kino həllinə görə” illik mükafatına layiq görülüb.

# 1749 dəfə oxunub

Müəllifin son yazıları

# # #