Rəsulzadədən Babək haqda sərt sözlər: “İslamiyyətin düşməni idi”

Rəsulzadədən Babək haqda sərt sözlər: “İslamiyyətin düşməni idi”
3 dekabr 2019
# 12:31

Kulis.az Məmməd Əmin Rəsulzadənin “Əsrimizin Səyavuşu” əsərində Babək haqqında yazdığı fikriləri təqdim edir

“Rusiyada rus vətənsevərliyinin Aleksandr Nevski, Minin-Pojarski kimi qəhrəmanları, Suvorov, Kutuzov, Baqration və sairə kimi rus imperatorluğunun tarixi sərkərdələri yüksək bir əda ilə öyülərək göylərə qaldırılarkən, Azərbaycanda vətən və milli istiqlal uğrunda unudulmaz mübarizəsilə tanınmış Dağıstanın böyük imamı Şamil ilə Gəncənin igid müdafiəçisi Cavaddan bəhs etmirlər. Bunun yerinə isə Azərbaycan tarixinin dərinlikləri aranaraq, oradan Babək kimi şəxsiyyətlər çıxarılıb ideallaşdırılır. Babək islamiyyətin düşməni idi. Bir islamiyyətin ki, indiki şəraitdə “kommunizm”ə az əngəllər törətmir. Babək Azərbaycanı Şimala deyil, Cənuba qarşı qoyurdu. Bu halda da o, sovetlər Birliyinin ehtimal olunan düşməninə qarşı savaşın rəmzi ola bilər. Hər hansı bir şəkil və rəngdə olursa-olsun, Rusiyanı qorumaq vətənpərvərlik nümunəsidir, Rusiyadan qorumaq isə əks-inqilabçıların əməlidir. Stalinin bir formulu məşhurdur: “Hər hansı bir istismar olunanın hər hansı bir imperatorluqdan ayrılması - inqilab, hər hansı bir məmləkətin Sovetlər Birliyindən çıxması isə əks-inqilabdır.”

(Məmməd Əmin Rəsulzadə, “Əsrimizin Səyavuşu”
Çağdaş Azərbaycan tarixi bölümü, Gənclik Bakı 1991, s. 94.)

# 11384 dəfə oxunub

Müəllifin son yazıları

# # #