Cəlil Məmmədquluzadənin Tbilisidəki barelyefində “Azərbaycan” sözü bərpa olundu

Cəlil Məmmədquluzadənin Tbilisidəki barelyefində “Azərbaycan” sözü bərpa olundu
25 oktyabr 2025
# 12:52

Tbilisidə Cəlil Məmmədquluzadənin barelyefinə müdaxilə aradan qaldırılıb.

Kulis.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, xatirə lövhəsindəki “Azərbaycanın” yazısı üzərindəki ağ cızıqlar xüsusi məhlulla silinib.

Yazının bərpası Azərbaycanın Gürcüstandakı səfirliyi və Cəlil Məmmədquluzadənin ev-muzeyinə ictimai nəzarət həyata keçirən Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurası tərəfindən həyata keçirilib.

Muzeyin yerləşdiyi ərazidə təhlükəsizlik kameraları olmadığından yazının kimin tərəfindən silindiyini müəyyənləşdirmək mümkün olmayıb.

Qeyd edək ki, ev-muzeyinin yerləşdiyi binanın 2007-ci ildən mədəni irs abidəsi statusu var. Gürcüstanda bu cür tikililərin fasadlarına istənilən növ yazıların qanunsuz yazılmasına və “qrafiti”lərin çəkilməsinə görə 2 min lari məbləğində (1 250 AZN) cərimə tətbiq olunur.

# 288 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər