Bakıda gənc rəssamların sərgisi açıldı

Bakıda gənc rəssamların sərgisi açıldı
14 avqust 2026
# 10:50

Bakı Fotoqrafiya Evində “Arts Council Azerbaijan” təşkilatı, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Səyahət” İctimai Birliyinin birgə təşkil etdiyi “START” layihəsi çərçivəsində gənc rəssamların sərgisinin açılışı olub.

Kulis.az xəbər verir ki, “START” layihəsinin məqsədi gənc rəssamların yaradıcılıq potensialını üzə çıxarmaq, onların peşəkar inkişafına dəstək göstərmək və əsərlərini geniş ictimaiyyətə təqdim etmələri üçün imkanlar yaratmaqdır.

Açılış mərasimində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nümayəndəsi Ülviyyə Axundova çıxış edərək, gənc rəssamlara dəstək göstərilməsi baxımından bu cür təşəbbüslərin əhəmiyyətini vurğulayıb.

“Arts Council Azerbaijan”ın rəhbəri Dadaş Məmmədov “START”ın bu təşkilatın mühüm layihələrindən biri olduğunu qeyd edib: “Bu layihə bizim üçün xüsusi əhəmiyyət daşıyır. Çünki məhz burada yeni istedadlar üzə çıxır və sonradan onları komandamıza dəvət edirik”.

Qeyd edək ki, sərgidə müxtəlif janr və bədii istiqamətlərdə fəaliyyət göstərən gənc rəssamların əsərləri nümayiş olunur.

# 69 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər