Avstriya şirkəti İçərişəhərdə yeraltı abidəni bərpa etdi

Avstriya şirkəti İçərişəhərdə yeraltı abidəni bərpa etdi
25 yanvar 2020
# 13:52

Böyük Qala küçəsi 50 ünvanında arxeoloji qazıntı vaxtı aşkarlanmış orta əsrlərə aid yeraltı hamam kompleksinin bərpa, rekonstruksiya və konservasiya işləri yekunlaşıb.

Bu fikri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov söyləyib.

Onun sözlərinə görə, Qoşa Qala qapı və divarlarının (portal) daxili və xarici hissələrində, həmçinin Qala divarının Qoşa Qala qapısından Əziz Əliyev küçəsinə gedən hissəsinin daxili tərəfində təmir-bərpa işləri başa çatdırılıb.

Qeyd olunan layihələr tarixi abidələrin bərpası sahəsində dünyada tanınmış Avstriyanın “Atelier Erich Pummer” şirkəti tərəfindən həyata keçirilib./azertag.az/

# 3438 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #