Məşhur tarzən izləyiciləri ilə belə görüşəcək - Sual-cavab

Məşhur tarzən izləyiciləri ilə belə görüşəcək - Sual-cavab
13 aprel 2020
# 14:03

Ölkəmizi onun hüdudlarından kənarda virtuoz ifası ilə layiqincə təmsil edən, tarın sarı simi ilə qəlbləri riqqətə gətirən Əməkdar artist Şəhriyar İmanov bu dəfə izləyiciləri #senetinledestekle layihəsində evdən salamlayacaq.

İstedadlı tarzən geniş diapazona malik milli musiqi alətlərimizin imkanlarını sübut edərək, dünya musiqisinin 7 notun sehrinə köklənərək insanların duyğularını ifadə etməsindən, ifaçılıq təcrübəsindən söz açacaq, izləyicilərin suallarını cavablandıracaq.

Şəhriyar İmanovun musiqi dünyası ilə tanış olmaq istəyənlər aprelin 14-də saat 18.00-da Baş İdarənin @bakimedeniyyetidaresi və sevimli tarzənin @shahriyarimanov “İnstagram” hesablarından canlı konsertə baxa bilərlər./azertag.az/

Gallery

# 2379 dəfə oxunub

Müəllifin son yazıları

# # #