Kulis.az-ın əməkdaşı "Ədəbi Azadlıq”ın qalibi oldu-YENİLƏNİB

Kulis.az-ın əməkdaşı "Ədəbi Azadlıq”ın qalibi oldu-YENİLƏNİB
11 iyun 2014
# 16:57

Azadlıq Radiosunun mədəniyyət portalı olan oxuzali.az-da keçirilən «Ədəbi Azadlıq – 2014» müsabiqəsinin qalibləri açıqlanıb.

Şeir nominasiyasında mükafatları Rüfət Əhmədzadə (1-ci yer), Aqşin Evrən (2-ci yer), eləcə də Nigar An, Esmira Məhiqızı və Vəfa Nağı (3-cü yerlər) qazanıblar.

Hekayə nominasiyasında Şəhriyar del Gerani (“Bizim olan heç nə” hekayəsi) qalib seçilib.

Münsiflər heyəti 2-ci yerə İlham Əkbərlini ("Müasir dünyamızda intiharın inkişaf yolu və M.D.İ" hekayəsi) layiq bilib.

3-cü yerləri isə Yaşar Bünyad, Jalə Əsgərova və Nahid qazanıblar.

# 1992 dəfə oxunub

Müəllifin son yazıları

# # #