"Urbanda görüşərik" layihəsi çərçivəsində sərgi keçirildi

"Urbanda görüşərik"  layihəsi çərçivəsində sərgi keçirildi
22 may 2024
# 13:13

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi "Urbanda görüşərik" layihəsi çərçivəsində gənc rəssam Jalə Namazovanın fərdi sərgisi keçirilib.

Kulis.az xəbər verir ki, sərgidə gənc rəssamın kətan üzərində yağlı boya ilə işlənmiş, postimpressionizm cərəyanına aid 22 əsəri nümayiş etdirilib.

"Xarı bülbül", "Qədim Gəncə qapıları", "Karvan", "Narlar", "Heyvalar", "Dəniz mənzərəsi", "Balerin", "Şamlar", "Güllər", "Dəyirman", "İşıq", "Gül və qadın", "Xeyir və şər" əsərləri sərgi iştirakçıları tərəfindən maraqla qarşılanıb .

# 401 dəfə oxunub

Müəllifin son yazıları

# # #