Bakı məktəblisi beynəlxalq müsabiqənin qalibi oldu

Bakı məktəblisi beynəlxalq müsabiqənin qalibi oldu
14 avqust 2021
# 12:13

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin şagirdi İskəndər Həsənzadə bu il Qazaxıstanın Aktobe şəhərində keçirilmiş “Baqytty Bala - 2021” Beynəlxalq Uşaq Vokal Müsabiqəsində uğurla çıxış edib.

İ.Həsənzadə müsabiqədə üçüncü yeri tutub.

“Bauytty Bala” Qazaxıstanda hər il keçirilən yeganə uşaq vokal müsabiqəsidir. Müsabiqəyə dünyanın hər yerindən uşaqlar dəvət olunur. 2021-ci ildə müsabiqəyə dünyanın 12 ölkəsindən müraciət daxil olub. Finala 20 gənc vokalçı vəsiqə qazanıb.

# 1508 dəfə oxunub

Müəllifin son yazıları

# # #