Xəzər Universitetində türkiyəli şairlərlə görüş

Xəzər Universitetində türkiyəli şairlərlə görüş
24 may 2013
# 11:06

Xəzər Universitetinin Azərbaycan dili və ədəbiyyat departamentinin təşkilatçılığı ilə universitetin Mərmər Salonunda Azad Yazarlar Ocağının dəvəti əsasında Azərbaycana səfərə gəlmiş türkiyəli şairlər - Ayşə Hatun Esen, Sevil Piriyeva, Ünal Kar və Azərbaycan şairi Rasim Qaracanın universitet tələbələri ilə görüşü keçirilib.

Tədbiri Azərbaycan dili və ədəbiyyat departamentinin müdiri Vurğun Əyyub açaraq Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin vacibliyindən danışıb.

Rasim Qaraca qonaqları təqdim etdikdən sonra şairlər çıxış edib, şeir oxuyub, tələbələrin suallarını cavablandırıblar.

Xəzər Universitetinin müəllimi Qismət Rüstəmov da qonaqları salamladıqdan sonra öz şeirlərini oxuyub.

Kulis.az internet dərgisinin baş redaktoru Qanturalı da qonaqları salamlayıb, tədbirdə səslənən fikirlərlə bağlı münasibətini bildirib.

# 2026 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #