“Deadpool” dördüncü filmlə ekranlara qayıdacaq

“Deadpool” dördüncü filmlə ekranlara qayıdacaq
3 avqust 2026
# 14:00

Məşhur aktyor Rayan Reynolds superqəhrəman "Deadpool"un dördüncü filmlə ekrana qayıdacağını rəsmən elan edib.

Kulis.az xəbər verir ki, aktyor bu haqda Nyu-Yorkda keçirilən bir tədbirdə məlumat verib.

O, dördüncü filmin mütləq çəkiləcəyini və yaxın gələcəkdə personajla bağlı yeni sürprizlərin olacağını vurğulayıb.

Tədbirdəki bu açıqlamalar "Deadpool"un dördüncü ekran işindən əvvəl başqa bir "Marvel" layihəsində görünə biləcəyi iddialarını gücləndirib.

Seriyanın 2024-cü ildə nümayiş olunan "Deadpool & Wolverine" filmi qlobal kassada 1,3 milyard dollar gəlir əldə edərək böyük uğura imza atmışdı.

Qeyd edək ki, personajın yeni layihələrinin 2027-ci ilə qədər dəqiqləşəcəyi gözlənilir.

# 105 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər