Dövlət Gənc Tamaşaçılar Teatrında mono-opera

Dövlət Gənc Tamaşaçılar Teatrında mono-opera
11 dekabr 2013
# 15:54

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Əməkdar İncəsənət Xadimi, bəstəkar Fərəc Qarayevin 70 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək. Teatrın mətbuat xidmətinə istinadən Kulis.az-ın verdiyi xəbərə görə, “Zamanla üz-üzə” layihəsinin birinci mərhələsi olan tədbir çərçivəsində “Journey to Love” (“Eşqə səyahət”) mono-operası nümayiş etdiriləcəkdir.

Tamaşa dekabr ayının 16-da saat 19.00-da təqdim olunacaq.

Tamaşanın rejissoru Gürcüstanın Əməkdar İncəsənət Xadimi Gela Kandelaki, dirijoru Vladimir Runçak (Ukrayna), rəssamı Elene Murdjikneli (Gürcüstan), solist isə Fəridə Məmmədovadır (Azərbaycan).

Soprano və kamera orkestri üçün yazılmış Mono-opera XX yüzilliyin şairlərinin şeirləri əsasında hazırlanmışdır.

Məlumat üçün bildirək ki, Fərəc Qarayev dünyaca məşhur bəstəkar Qara Qarayevin oğludur. 1943-cü ildə anadan olmuşdur. Dünyaca məşhur bəstəkarın qələmə aldığı əsərlər bir sıra beynəlxalq ölkələrin festivallarında və konsertlərdə uğurla ifa olunaraq, yüksək mükafatlara layiq görülmüşdür.

# 1782 dəfə oxunub

Müəllifin son yazıları

# # #