Dövlət Rəsm Qalereyasından yeni layihə

Dövlət Rəsm Qalereyasından yeni layihə
21 dekabr 2020
# 13:35

Azərbaycan Dövlət Rəsm Qalereyası “Artinterview” adlı yeni layihəyə start verir.

Dövlət Rəsm Qalereyasından Kulis.az-a verilən məlumata görə, layihənin məqsədi incəsənətlə bağlı birbaşa rəssama ünvanlanmış suallar vasitəsilə onların yaradıcılıqları ilə daha yaxından tanış olmaqdır. Layihənin ilk müsahibi Əməkdar rəssam Rəşad Mehdiyevdir. O, 1987-ci ildə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini, 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini, 1996-cı ildə Türkiyədə Memar Sinan Universitetini bitirib. Rəşad Mehdiyevin əsərləri milli və Avropa incəsənətinin ənənələrini özünəməxsus şəkildə əks etdirir, fərdi dəst xətti, yaradıcılıq üslubu, Azərbaycan miniatürlərindən götürülən əlvan və parlaq rənglərin zəngin koloriti ilə seçilir.

Rəssamın xarici ölkələrdə 20-dən çox fərdi sərgisi açılıb, bir neçə beynəlxalq simpozium və festivalda iştirak edibdir. Hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının baş müəllimidir, sənətşünaslıq üzrə fəlsəfə doktorudur.



# 1033 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #