Hollivud ulduzu Bred Pitt örnək addımıyla gündəmə gəlib.
Kulis.az xəbər verir ki, aktyor 2005-ci ildə "Katerina" qasırğasında mülklərini itirmiş şəxslər üçün ev inşa etdirəcəyinə söz vermişdi. Lakin sənətçi bu layihəni həyata keçirə bilməyib.
B.Pitt bunun əvəzində həmin ailələrə ümumilikdə 20,5 milyon dollar (təxminən 34 milyon 850 min manat) ödəyəcəyini açıqlayıb.