Almaniyanın ideal qızı yəhudi imiş

Almaniyanın ideal qızı yəhudi imiş
7 iyul 2014
# 12:57

Nasist jurnalının üz qabığındakı ideal ari qız obrazının əslində yəhudi olması məlum olub. 1935-ci ildə 6 aylıq olan Hessi Taft Berlində yaşayırmış.


Qızcığazın anası ailə albomuna şəkil çəkdirmək üçün onu fotoqrafa aparıbmış. Amma bir neçə ay sonra onun fotosu nasist jurnalı “Sonne ins Hause” in üz qabığında dərc olunub.

Fotoqraf ailənin izni olmadan fotonu nasistlərin irq nəzəriyyəsini təbliğ edən müsabiqəyə təqdim edib. Taftın fotosu müsabiqədə qalib gəlib və onu jurnal üçün Almaniyanın Xalq Maarifləndirmə və Təbliğat naziri Yozef Gebbels seçib.

Həqiqətin üzə çıxacağından qorxan ailə tezliklə Kubaya, ordan da Amerikaya köçüb.

İndi Hessi Taftın 80 yaşı var və o, Nyu-Yorkda kimya professorudur.

Taft ”Bild” qəzetinə verdiyi müsahibədə deyib ki, naisistlər həqiqəti bilsəydi, o indi sağ qalmazdı.

# 2788 dəfə oxunub

Müəllifin son yazıları

# # #