Uşaqlar üçün yeni kitab – “Çiçəkli xalça”

Uşaqlar üçün yeni kitab – “Çiçəkli xalça”
1 may 2017
# 11:20

Qəşəm Nəcəfzadənin uşaqlar üçün yazdığı “Çiçəkli xalça” şeirlər kitabı TEAS PRESS nəşriyyatında rəngli illüstrasiyalarla çap olunub. Kulis.azın məlumatına görə ön sözün müəllifi filologiya elmləri doktoru, professor, görkəmli uşaq yazıçısı Zahid Xəlil, illüstrasiyaların müəllifi rəssam Asəf Kərimovdur.

Kitaba kiçik yaşlı uşaqlar üçün yazılmış şeirlər toplanıb. Təbiətə, bitkilərə, canlılara həsr olunmuş şeirlərdə uşaqların ətraf mühiti necə kəşf etməyi, bütün gördükləri ilə maraqlanmağı və böyüklər üçün adi görünən hər şeyə diqqətlə yanaşmağı öz əksini tapıb.

Kitab Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl kəlmə” mükafatına layiq görülüb.

# 964 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #