Amerikalı məşhur rejissor Kventin Tarantinonun "Bir zamanlar Hollivudda" filminin 7 ildən sonra davam layihəsi ekranlaşdırılacaq.
Kulis.az xəbər verir ki, Devid Finçerin rejissorluğu ilə ərsəyə gələcək "The Further Mis-Adventures of Cliff Booth" filmi dublyor Kliff But obrazından bəhs edəcək.
Ssenarisini Tarantinonun yazdığı layihədə Bred Pitt yenidən əvvəlki rolunda çıxış edəcək.
1977-ci il Hollivudunda cərəyan edən film noyabrın 25-də IMAX kinoteatrlarında, dekabrın 23-də isə "Netflix"də nümayiş olunacaq.
Qeyd edək ki, paralel olaraq Tarantinonun obraz haqqında yazdığı eyniadlı romanı da dekabrın 8-də işıq üzü görəcək.