Rejissor Artur Hiller vəfat etdi

Rejissor Artur Hiller vəfat etdi
18 avqust 2016
# 12:29

Məşhur amerikan rejissor Artur Hiller vəfat edib. Kulis.Azın rus mətbuatına istinadən verdiyi xəbərə görə, rejissor 92 yaşında Los-Angelesdə dünyasını dəyişib.

Artur Hiller karyerasına 1950-ci illərdə CBC üçün tok-şoular və sənədli ekran əsərləri hazırlamaqla başlayıb. Rejissorun filmlərinin arasında ən məşhurlarından biri “Şüşə kabinədəki adam” filmidir.

Daha sonra Artur Hillerin bir neçə filmi maraqla qarşılandı. “Romantik komediya”, “Müəllim”, “Heç nə eşitmirəm, heç nə görmürəm”, “Uşaq”, “Məhəbbət əfsanəsi”, “Xəstəxana” filmləri onun ən yaxşı filmləri hesab olunur. Erik Siqalın romanı əsasında ekranlaşdırdığı “Məhəbbət əfsanəsi” filmi ən yaxşı musiqi nominasiyasından Oskar mükafatına layiq görülmüşdür.

# 734 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #