Kıvanç Tatlıtuğa Atatürk rolu təklif edildi

Kıvanç Tatlıtuğa Atatürk rolu təklif edildi
30 dekabr 2019
# 17:31

Tanınmış Türk aktyoru Kvanç Tatlıtuğa Atatürk rolu təklif olunub.

Kulis.az Türkiyə mediasına istinadən xəbər verir ki, TRT ekranlarında yayımlanması nəzərdə tutulan “Ya istiqalal, ya ölüm” adlı serialda Atatürk obrazını canlandırması ilə bağlı açıqlama verən Kıvanç Tatlıtuğ sözügedən obrazın ona təklif edildiyi xəbərini təsdiqləyib.

Tatlıtuğ verdiyi açıqlamasında təəssüflənərək başqa layihədə yer aldığı üçün TRT-nin təklifini qəbul edə bilmədiyini bildirib:

“Bəli təklif gəldi. Ən çox oynamaq istədiyim obrazlardan biri Atatürk olduğu üçün bu təklifin gəlməsindən qürur duydum. Ancaq, əvvəlcədən söz verdiyim başqa bir layihədə yer aldığım üçün TRT-nin bu təklifinə təəssüflər olsun ki, müsbət cavab verə bilmədik”.

# 1852 dəfə oxunub

Müəllifin son yazıları

# # #