Britaniyalı rəssam Emin Treysinin “Ekzorsizm” (cinlərin və ya şər ruhlarının insanlardan yaxud müəyyən yerlərdən qovması) adlı instalyasiyası auksiona çıxarılıb.
Mütəxəssislər əsəri 1,2 milyon dollar dəyərində qiymətləndiriblər.
İnstalyasiya Treysinin tabloları, kətan üzərində və kağızda çəkdiyi rəsmlərdən ibarətdir. Bundan başqa rəssam kompozisiyaya əsər üzərində işlədiyi müddətdə yatdığı çarpayını, radioqəbuledicini, qəzet və jurnalları da daxil edib.
Treysi bu əsəri 1996-cı ilə Stokholm qalereyasında çılpaq yaradıb. O, üç həftə ərzində instalyasiyanı çılpaq işləyib, qalereyaya gələnlər də onu müşahidə ediblər. 2001-ci ildə bu art-obyekti kolleksiyaçı Çarlz Saatçı 150 min dollara almışdı.
“Onun ətrafında məişət tullantıları olan yığılmamış yataq” adlı əsəri isə 4,3 milyon dollara satılmışdı.
Xatırladaq ki, Emin Treysinin atası türkdür.