Hikmət Rəhimov: "Mədəniyyət Nazirliyini tanımıram"

Hikmət Rəhimov, aktyor

Hikmət Rəhimov, aktyor

6 iyul 2022
# 15:40

Aktyor Hikmət Rəhimov kino ittifaqları və Mədəniyyət Nazirliyi ilə bağlı qalmaqallı açıqlama verib.

Kulis.az xəbər verir ki, bu barədə o, “10-da görüşək” verilişində danışıb.

Sənətçi deyib ki, sözügedən qurumları tanımır və qəbul etmir:

“Mən iki kino ittifaqını (Azərbaycan Respublikası Kinematoqrafçılar ittifaqı və Azərbaycan Kinematoqrafçılar ittifaqını - red.) və Mədəniyyət Nazirliyini, ümumiyyətlə, belə qurumları tanımıram. Heç birinə də üzv deyiləm. Hətta “Fəryad 2” filmində baş rol oynayanda Vaqif müəllim (Xalq artisti Vaqif Mustafayev - red.) dedi ki, gəl, ittifaqa üzv ol. Mən də dedim ki, siz orada nə işlə məşğulsunuz? Deyin, mən də gəlim, o işi görüm. Bu ittifaqları qəbul etmirəm. Şou üçün demirəm, kino adına ciddi iş görmürlər”.

Olay.az

# 2724 dəfə oxunub

Müəllifin son yazıları

# # #