Adil Kərimli: "Elə kəndlər var ki, kitabxanası yoxdur"

Adil Kərimli:   "Elə kəndlər var ki, kitabxanası yoxdur"
28 fevral 2023
# 12:45

İlk gündən diqqəti rayonlara, ucqar kəndlərə yönəltmişik.

Kulis.az APA-ya istinadən xəbərinə görə, bunu bu gün Milli Məclisin Mədəniyyət komitəsi ilə Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyinin təşkil etdiyi birgə ictimai dinləmələr zamanı mədəniyyət nazirinin birinci müavini Adil Kərimli deyib.

Onun sözlərinə görə, rayonlarda, ucqar kəndlərdə 7 minə yaxın mədəniyyət müəssisəsi var: “Bura kitabxanalar, muzeylər, mədəniyyət mərkəzləri, mədəniyyət evləri daxildir. Bu sahədə çox ciddi problemlər var. Elə kəndlər var ki, kitabxanası yoxdur, kitabxanalarda vəziyyət acınacaqlıdır. Bu gün doğru-düzgün kitab təminatı yoxdur. Elə kənd var ki, bilinmir ki, hansı kitaba maraq var. O kənddə kitab anlayışı olduğundan belə şübhə edirik”.

# 1489 dəfə oxunub

Müəllifin son yazıları

# # #