Seymur Baycan: Getsin bozbaş bişirsin!

Seymur Baycan.. Yazıçı, publisist.

Seymur Baycan.. Yazıçı, publisist.

3 noyabr 2021
# 10:31

Seymur Baycan Kulis.az-ın hekayə müzakirəsinə qoşuldu. O, Fəridənin “Büllur at” hekayəsi haqqında tənqidi fikirlərini bildirdi.

“Mövzu qətiyyən bədii həllini tapmayıb. Mütailənin zəifliyi hiss olunur. Üstəlik müəllif məzmunsuz pafosdan əziyyət çəkir. İstənilən növ pafosun müalicəsi yoxdu. Fəridə müəllimənin nəsr haqqında təsəvvürü bərbaddır. Müəllif çoxlu oxumalıdır. Amma oxumaq da onu xilas edə bilməyəcək. Məzmunsuz pafos normal mətn yazmağa imkan verməyəcək. Məncə Fəridə müəllimə nəsr yazmaq əvəzinə daha faydalı işlərlə məşğul olsa həm özünə, həm də bəşəriyyətə fayda verə bilər. Məsələn, getsin bozbaş bişirsin”.

# 6933 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #