Bu gün muzeylərə giriş pulsuzdur

Bu gün muzeylərə giriş pulsuzdur
2 fevral 2023
# 11:20

Azərbaycan Gəncləri Günü ilə əlaqədar 1-2 fevral tarixlərində Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə gənclər üçün “açıq qapı” olacaq.

Kulis.az xəbər verir ki, yaşı 14-dən 29-dək olan şəxslərin muzeylərə sərbəst girişi təmin ediləcək.

Qeyd edək ki, 2 fevral tarixi prezident Heydər Əliyevin 1997-ci ildə imzaladığı fərmana əsasən Azərbaycan Gəncləri Günü kimi qeyd edilir.

# 877 dəfə oxunub

Müəllifin son yazıları

# # #