Haqverdiyevin nəşr edilməmiş əlyazmaları çapdan çıxıb

Haqverdiyevin nəşr edilməmiş əlyazmaları çapdan çıxıb
7 sentyabr 2024
# 14:00

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Şəxsi arxivlərin tədqiqi şöbəsinin böyük elmi işçisi Aytən Mustafanın (Aytən İmanova) tərtib etdiyi “Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları” kitabı işıq üzü görüb.

Kulis.az xəbər verir ki, kitabda görkəmli yazıçı-dramaturq, publisist, mədəniyyət xadimi Əbdürrəhim bəy Haqverdiyevin (1870-1933) Əlyazmalar İnstitutunda qorunan 9 saylı şəxsi arxivindən onun indiyə qədər ədəbi-mədəni mühitə tanış olmayan tarixi və ədəbi qeydləri, bəzi əsərləri, türk dili və türk teatr tarixi haqqında tədqiqatları orijinalda və rus dilindən tərcümə edilərək oxuculara çatdırılıb.

Yeni nəşrin elmi redaktoru mərhum mətnşünas alim Paşa Kərimov, rəyçiləri professor Məhərrəm Qasımlı və filologiya elmləri doktoru Nailə Səmədovadır.

# 358 dəfə oxunub

Müəllifin son yazıları

# # #