Sağımda qızlardı, solumda qızlar... - Kazım Kazımoviçin yeni şeiri

Kazım Kazımoviç, şair

Kazım Kazımoviç, şair

20 iyun 2023
# 10:30

Kulis.az Kazım Kazımoviçin yeni şeirini təqdim edir.

Sayıldım Məcnunun davamı kimi,
Nə var şirin şair kəlamı kimi?!
Dünyanın ən xoşbəxt adamı kimi,
Özünü hiss edir qolumda qızlar...

Mincür sifət gördüm üzündən iraq,
Düşdü qədəmlərim izindən iraq,
Köhnə "sevgilərin" gözündən iraq,
Sağımda qızlardı, solumda qızlar...

Olsun qiybətim hamının haramı,
Gərək kişiliyi olsun adamın,
Niyə məhz Kazımı seçir ki, hamı?!
Dostlarım danışır dalımda, qızlar!

Bu incik qəlbimə çox dəyən oldu,
O qıza, bu qıza pisləyən oldu,
Axırda yenə də mən deyən oldu,
Saçların yoldular yolumda qızlar...

# 2115 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #