"Hərdən jurnalistlər xətrimə dəyirlər" - Arif Babayevdən açıqlama

Arif Babayev, Xalq artisti

Arif Babayev, Xalq artisti

24 iyul 2024
# 13:36

“İndi Qaxdakı evimdəyəm. Burda bir evim var, qonaqlı-qaralı olur. Qapım hamının üzünə açıqdır. Tez-tez tələbələrim, məni sevənlər ziyarətimə gəlirlər, qonağım olurlar, buyurun siz də gəlin”

Kulis.az xəbər verir ki, bunu Lent.az-a verdiyi açıqlamada xanəndə, Xalq artisti Arif Babayev deyib.

“Səhhətim yaxşıdır. Gümrah olmasam da, şükür Allaha, nəfəsim gedib-gəlir. Yeriməkdə çətinlik çəkirəm, bəzən xəstələnəndə danışmaqda da çətinlik olur. Amma yaşlılıqdır, bu da Tanrının verdiyi bir nemətdir. Hərdən jurnalistlər xətrimə dəyirlər, haqqımda ağır xəstədir, öldü xəbərləri yayırlar, inciyirəm. Mən xalqımı, xalqım da məni sevir. Belə şeylərə nə ehtiyac var? Tələbələrim, həmkarlarım, mədəniyyət xadimləri diqqətdə saxlayırlar məni, tez-tez soruşur, gəlib gedirlər, könlüm açılır. Yay bitsin Bakıya qayıdacam”, - deyə o bildirib.

# 1177 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #