"Qızıl Qoza"da Orhan Kemal Əmək Mükafatlarının sahibləri açıqlandı

"Qızıl Qoza"da Orhan Kemal Əmək Mükafatlarının  sahibləri açıqlandı
22 avqust 2024
# 18:00

Adanada bu il 31-ci dəfə təşkil olunacaq Beynəlxalq Adana Qızıl Qoza Film Festivalı çərçivəsində Orhan Kemal Əmək Mükafatlarının qalibləri açıqlanıb.

Kulis.az xəbər verir ki, yazıçı Orhan Kemala ithafən təşkil edilən mükafatlar bu il rejissor Muzaffer Geçdurmaz, aktrisa Gülər ​​Ökten və aktyor, teatr rejissoru Mazlum Kiperə veriləcək.

Mükafatlar sentyabrın 23-də keçiriləcək mərasimdə sahiblərinə təqdim olunacaq.

Qeyd edək ki, Beynəlxalq Adana Qızıl Qoza Film Festivalı 23-29 sentyabr tarixlərində keçiriləcək.

Ülvi Bahadır

# 333 dəfə oxunub

Müəllifin son yazıları

# # #