#

Mərdəkanda “Açıq səma altında” pleneri keçirilib

Mərdəkanda “Açıq səma altında” pleneri keçirilib
20 may 2024
# 17:00

Mərdəkan qəsəbəsində “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatı tərəfindən “Açıq səma altında” pleneri keçirilib.

Kulis.az xəbər verir ki, səhər saatlarından həm gənc rəssamların, həm də yaşlı nəslin ustadlarının da olduğu plener iştirakçıları açıq səma altında çalışıblar.

Qeyd edək ki, plenerdə aşağıdakı sənətçilər iştirak ediblər: Röya Həsən, Gündüz Hunlar, Elşən İbrahimov, Ləman Nağıyeva, Mələk Abbaszadə, Ləman Hacıyeva, Hüseyn Kəngərli, Ruslan Rüstəmov, Təranə Əliyeva, Sürəyya Məmmədli, Nigar Əliyeva, Məryəm Qibləyeva, Afaq Əkbər, Nailə Məhərrəmova.

# 946 dəfə oxunub

Müəllifin son yazıları

# # #