Devid Linç yeni layihənin çəkilişlərinə başladı

Devid Linç yeni layihənin çəkilişlərinə başladı
23 iyun 2023
# 16:50

Amerikalı rejissor Devid Linç Hollivudda yeni layihənin çəkilişlərinə başlayıb.

Kulis.az xəbər verir ki, bu barədə "WorldOfReel" portalı məlumat yayıb.

Linçin dəqiq nə çəkdiyi məlum deyil.

O, 2006-cı ildə "Inland Empire"dən sonra bədii film çəkməyib. 2017-ci ildə "Twin Peaks"in üçüncü mövsümünü təqdim edib.

2021-ci ilin mart ayında isə mediada onun Netflix üçün yeni layihə üzərində işlədiyinə dair xəbərlər yayılmışdı.

# 974 dəfə oxunub

Müəllifin son yazıları

# # #