Təbrizin populyar “Tabrizema” (Bizim Təbriz) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı Nəriman Əbdülrəhmanlının “Yarımçıq gün” hekayəsinə yer ayırıb.
Kulis.az xəbər verir ki, səhifədə yazıçının yaradıcılığına dair geniş məlumat da yerləşdirilib.
Dünya mədəniyyəti və ədəbiyyatı yeniliklərini mütəmadi olaraq işıqlandıran “Tabrizema” portalı İranla yanaşı, xaricdə yaşayan güney azərbaycanlılar tərəfindən də izlənilir.