Əri ola-ola Telman Adıgözəlov ona evlilik təklif etdi, kişi aktyorlarımızın arasına qısqanclıq davası saldı – “Bəyin oğurlanması”nın məşhur siması kim idi?

Əri ola-ola Telman Adıgözəlov ona evlilik təklif etdi, kişi aktyorlarımızın arasına qısqanclıq davası saldı – “Bəyin oğurlanması”nın məşhur siması kim idi?
28 sentyabr 2021
# 12:09

Kulis.az Əməkdar artist Tamara Şakirova haqqında maraqlı məlumatları təqdim edir.

Tamara Xalim qızı Şakirova 26 noyabr 1955-ci ildə Özbəkistanın paytaxtı Daşkənddə doğulub. O, ilk dəfə 14 yaşı olanda Anatoliya Kabulovanın “Kor yağış” filminə çəkilib. Bundan sonra bu çəkilişlərin ardı-arası kəsilmir. Aktrisa “Burdan sərhəd keçir”, “Qorxusuz”, “Zülmətdən qaçış” kimi filmə çəkilir.

***

Tamara Şakirova 1973-cü ildən "Özbəkfilm" kinostudiyasının aktrisası kimi işə başlayır. Daşkənd Teatr İnstitutunun aktyorluq şöbəsini qiyabi bitirir.


Tamara Şakirovanın gəncliyi

Tamara Şakirova təkcə aktrisa deyildi, onun gözəl musiqi duyumu və ifa qabiliyyəti də var idi - istənilən musiqi növünü pianoda çalır və həm də təkrarsız şəkildə oxuyurdu.

***

1983-cü ildə Özbəkistanın əməkdar artisti adına layiq görülmüş istedadlı aktrisa sovet kinosunun tanınmış simalarından sayılırdı. Tamara Şakirova öz karyerası ərzində onlarca yaddaqalan obraz yaradıb. "Özbəkfilm"in çəkdiyi "Xarəzm əfsanəsi", "Simurq", "Odlu yollar" kimi filmlər onu keçmiş SSRİ məkanında məhşurlaşdırır.


"Alovlu yollarla" filmindən kadr

Tamara iki dəfə ailə həyatı qurub. Onun ilk həyat yoldaşı aktyor və rejissor Otabek Qəniyev olur. 1972-ci ildə aktrisa “Simruq” filmində Zibeydə roluna çəkilir. Çəkiliş zamanı aktrisa ilə Otabek arasında isti münasibətlər yaranır və onlar ailə qurur.

***

1985-ci ildə Otabek dünyasını dəyişir. Tamara ikinci dəfə kaskadyorla ailə həyatı qurur. Lakin film çəkilişi vaxtı onun ikinci əri möhkəm zədələnir və dünyasını dəyişir.


Tamara Şakirova. Gənclik

Tamara Şakirova Azərbaycanda çəkilmiş 3 filmdə iştirak edib. “Çətirimiz buludlardır” filmindən sonra o, “Bəyin oğurlanması” filmində gəlin rolunu ifa etmək üçün dəvət alır. Burada Nigar obrazını canlandıran aktrisa azərbaycanlı tamaşaçılar tərəfindən tanınıb sevilir. Aktrisanın Azərbaycanda çəkildiyi sonuncu film isə 1993-cü ildə lentə alınmış “Qırmızı qatar” filmi olur.

***

1976-cı ildə Tamara “Çətirimiz buludlar”dır filminin çəkilişləri üçün Azərbaycana gəlir. Bu zaman aktrisa artıq ailəli olur. O, filmdə Nərgiz rolunu canlandırır. Xalidə Quliyeva, Gündüz Abbasov, Zemfira Sadıqova, Telman Adıgözəlov kimi aktyorlarla tərəf müqabili olur. Deyilənlərə görə filmin çəkilişləri zamanı aktyor Telman Adıgözəlov Tamaraya aşiq olur və hətta ona evlilik təklif edir. Tamara isə bu təklifdən imtina edib Özbəkistana qayıdır.

Aktrisanın “Bəyin oğurlanması” filminə çəkilməsi də təsadüfi olmur. Belə ki, filmin quruluşçu rejissor işi əvvəlcə Tofiq İsmayılova həvalə edilir. T. İsmayılov hətta sınaq çəkilişlərinə də başlayır. Təxminən 3-4 ay sınaq çəkilişləri apararkən o, filmdə çəkəcəyi aktyor və aktrisaları seçir. Lakin gözlənilmədən vəziyyət dəyişir. Tofiq İsmayılov filmdən uzaqlaşdırılır, Vaqif Mustafayev və Ceyhun Mirzəyev filmin quruluşçu rejissorluğuna təyin edilir. Və filmin yeni rejissorları bütün rolların ifaçılarını dəyişdirirlər, təkcə Nigarı canlandıran Tamara Şakirovadan başqa. Görünür Tamaranın qeyri-adi istedad sahibi olması rejissorlar Vaqif Mustafayev və Ceyhun Mirzəyevi tam razı salmışdı ki, onlar özbək aktrisadan imtina etmirlər.


Tamara Şakirova ailə üzvləri ilə...

2012-ci ildə Tamara xərçəng xəstəsi olduğunu öyrənir. Elə həmin ilin fevralın 22-də xərçəng xəstəliyindən dünyasını dəyişir.

***

Aktrisanın böyük qızı Rayxon populyar müğənnidir. Onun nəvəsi Nəbi Qəniyev isə Özbəkistanın məşhur rejissorlarından biri hesab olunur.


Aktrisa çəkiliş zamanı

Tamara dünyasını dəyişən gün qızı Rayhon Qəniyeva anasının vəfatı ilə əlaqədar əvvəlcədən elan olunmuş konsertini ləğv edir.


"Zülmətdən qaçış" filmindən kadr. Tamara Şakirova

Aktrisanın “Bəyin oğurlanması” filmindəki tərəf müqabili Əməkdar artist Füzuli Hüseynov Tamaranı xatırlayarkən deyir:
“Filmdə mənim 23, Tamaranın 30 yaşı vardı. Çəkilişlər Şamaxıda edilirdi. O, bizim aktyorlarımızın bir çoxunu artıq “Çətirimiz buludlardır” filmindən tanıyırdı. Bizi bir-birimizlə tanış edəndə ona dedilər, bax, bu sənin filmdəki ərindir. Tamara mənə baxıb - necə yaraşıqlı oğlandır, deyib əlimdən tutmuşdu. Burda olduğu müddətdə onun çoxlu sevənləri, pərəstişkarları vardı. Hətta filmin çəkilişləri zamanı bir neçə aktyorla mənim mübahisəm də oldu. Onlar məni Tamaraya qısqanırdılar, elə bilirdilər ki, mən onun qəlbini ələ almışam. Məsələ burasındadır ki, biz doğurdan da çəkilişlər zamanı çox yaxın dost olmuşduq, o, vaxtının çoxunu mənimlə keçirirdi. Mən onu arayıb axtaranda bildim ki, tamara dünyasını dəyişib. Çox pis oldum. O, həqiqətən də yaxşı aktrisa və gözəl insan idi.

# 14394 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #