Məşhur aktrisa “Oskar” mükafatını tənqid etdi

Hell Berri, amerikalı aktrisa

Hell Berri, amerikalı aktrisa

4 fevral 2022
# 12:40

Amerikalı ulduz Hell Berri “Oskar” mükafatının ondan sonra heç bir qaradərili aktrisaya verilməməsini tənqid edib.

Kulis.az saytı türk mediasına istinadla xəbər verir ki, aktrisa 20 ildir mükafatın zənci qadınlara verilməməsini ayrıseçkilik, rasizim adlandırıb. Bundan başqa Berri bildirib ki, 2001-ci ildə mükafat alan zaman həyatının dəyişəcəyini düşünsə də, xəyal qırıqlığı yaşayıb.

Qeyd edək ki, Hell Berri 2001-ci ildə “Monster's Ball” filmindəki roluna görə “Ən yaxşı aktrisa” nominasiyasında “Oskar” mükafatına layiq görülüb.

# 1586 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #