Yuğ Teatrı yeni mövsümün açılışına hazırlaşır

Yuğ Teatrı yeni mövsümün açılışına hazırlaşır
4 sentyabr 2024
# 14:24

Azərbaycan Dövlət Yuğ Teatrında yeni mövsümün açılışı ilə əlaqədar mətbuat konfransı keçirilib.

Teatrdan Kulis.az-a bildirilib ki, tədbir teatrın ötən mövsüm ərzində fəaliyyətini əks etdirən videoçarxın nümayişi ilə başlayıb.

Baş rejissor Mikayıl Mikayılov teatrda yeni hazırlanacaq tamaşalar barədə məlumatlar verərək, qeyd edib ki, 2024-2025-ci teatr ili çərçivəsində Yuğ Teatrında yapon dramaturq Koki Mitaninin “Gülüş akademiyası”, azərbaycanlı dramaturq İsmayıl İmanın “Əziz ata” və “CHARACTERS Müasir Dramaturgiya” Festivalının qalibi yazıçı-dramaturq Şəbnəm Xeyrullanın “Arqon” əsərləri tamaşaya hazırlanacaq.

Bununla yanaşı, teatrın ötən il xarici və yerli və qastrol səfərlərində və festivallarda iştirakı da qiymətləndirilib. Qeyd edilib ki, bu il Yuğ Teatrının 35 və teatrın yaradıcısı Vaqif İbrahimoğlunun anadan olmasının 75 illiyidir. Bununla bağlı tədbir keçiriləcək və rejissorun “Albalı bağı” tamaşası nümayiş olunacaq.

# 533 dəfə oxunub

Müəllifin son yazıları

# # #