Yaponiyada Əkrəm Əylislidən dissertasiya yazılır

Yaponiyada Əkrəm Əylislidən dissertasiya yazılır
7 dekabr 2020
# 13:09

Tokio Universitetinin regional tədqiqatlar fakültəsinin magistri Yorica Tsutsumi tanınmış Azərbaycan yazıçısı Əkrəm Əylisinin yaradıcılığında dissertasiya yazır.

Kulis.azın verdiyi xəbər görə, Yorica Tsutsumi bu haqda yazıçıya məktub ünvanlayıb.

O, bildirib ki, Ə.Əylislinin əsərlərini yapon dilinə çevirmək və çap etdirmək niyyətindədir.

Y.Tsutsuminin sözlərinə görə, Azərbaycan ədəbiyyatı Yaponiyada çox az tanınır. Lakin Ə.Əylisinin əsərlərini olan böyük maraq göstərir ki, bu istiqamətdə mütləq ciddi addımlar atılmalıdır.

Xatırladaq ki, Y.Tsutsumi rus və Azərbaycan ədəbiyyatını tədqiq edir.

Onun Ə. Əylisli ilə bağlı yazdığı məqalə tezliklə Tokio Universitetinin elmi jurnalında dərc ediləcək.

# 1966 dəfə oxunub

Müəllifin son yazıları

# # #