Nobel mükafatlı yazıçının yeni kitabı satışa çıxarılır: "Klara və Günəş"

Nobel mükafatlı yazıçının yeni kitabı satışa çıxarılır: "Klara və Günəş"
12 yanvar 2021
# 16:41

Nobel mükafatlı yapon yazıçı Kazuo İşiquronun yeni kitabı satışa çıxarılır.

Kulis.az xəbər verir ki, "Klara və Günəş" adlanan roman mart ayından dünya bazarına çıxacaq. Yazıçı yeni romanını insan və texnologiya mövzusuna həsr edib:

Mağazada vitrindən müştəriləri müşahidə edən yüksək süni intellektə və müşahidə qabiliyyətinə malik olan Klara adlı robot satılacağı günü gözləyir.

Qeyd edək ki, Kazuo İşiquro 2017-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.

# 1837 dəfə oxunub

Müəllifin son yazıları

# # #