“Evdə tək”in yeni versiyası

“Evdə tək”in yeni versiyası
22 oktyabr 2021
# 16:30

ABŞ-ın “20th Century Studios” kino şirkəti “Evdə tək” filminin yeni versiyasının treylerini yayımlayıb.

Kulis.az xəbər verir ki, ekran işində baş rolu 12 yaşlı aktyor Arçi Yeyts canlandırıb. Filmin premyerasının 12 noyabrda keçirilməsi planlaşdırılır. Xatırladaq ki, Arçi “Coco dovşan” filmində oynadığı obrazla tanınıb.

“Evdə tək” filmi 1990-cı ildə ekranlara çıxıb. Makaley Kalkinin baş rolda çəkildiyi ekran əsəri ABŞ tarixində ən yüksək gəlirli Milad bayramı filmi olub. Film “Oskar” və “Qızıl qlobus” mükafatlarına layiq görülüb.

Bu uğurdan sonra “Evdə tək-2: Nyu-Yorkda itirilmiş”, “Evdə tək-3”, “Evdə tək-4” və “Evdə tək-5: Bayram soyğunu” filmləri çəkilib.

Yeni film “Evdə tək: ev, əziz ev” (“Howe Sweet Home Alone”) adlanır. /azertag.az/

# 4853 dəfə oxunub

Müəllifin son yazıları

# # #