Azərbaycanlı şair Serbiyada mükafat aldı, fəxri vətəndaş seçildi

Azərbaycanlı şair Serbiyada mükafat aldı, fəxri vətəndaş seçildi
4 oktyabr 2021
# 11:40

Şair Fərid Hüseyn Serbiyada Balkan və ətrafı ölkələrdə böyük nüfuza malik olan "Povelja Morave" beynəlxalq ədəbi mükafatına layiq görülüb.

Kulis.az-ın verdiyi xəbərə görə, onun adı qalib kimi Çaçak şəhərinin Mırçayevçi qəsəbəsindəki şairlər məhəlləsinin girişində yerləşən bulağın yanındakı daş lövhəyə vurulub.

F.Hüseyn beş şeiri ilə qatıldığı ədəbi müsabiqənin indiyəqədərki ən gənc laureatıdır.

Azərbaycanlı şair həm də Semska Mitrovika - İmperatorluq şəhərinin fəxri vətəndaşı seçilib və bununla bağlı sənədi şəhər meri ona təqdim edib.

May be an image of 1 person, standing and outdoors

May be an image of one or more people, people standing, outdoors and tree

May be an image of 3 people, people standing and indoor

# 1700 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #