O küçənin oğlanları aşiq idilər mənə... - Füruğ Fərruxzad

O küçənin oğlanları aşiq idilər mənə... - Füruğ Fərruxzad
6 may 2026
# 17:13

Kulis.az məşhur İran şairi Füruğ Fərruxzadın şeirini Məhəmməd Nurinin tərcüməsində təqdim edir.

Əllərimi bağçaya əkirəm.
Cücərəcəyəm, bilirəm, bilirəm, bilirəm.
Və qaranquşlar yumurta qoyacaqlar
mürəkkəbli barmaqlarımın çuxuruna.
İki qırmızı, əkiz gilasdan
sırğa taxıram qulaqlarıma
və ulduzgülü ləçəyi yapışdırıram dırnaqlarıma.
Bir küçə var ki,
o küçənin oğlanları aşiq idilər mənə.
Və hələ də
o dağınıq saçlarıyla, nazik boyunlarıyla, arıq ayaqlarıyla
küləyin bir gecə alıb özüylə apardığı bir qızcığazın
məsum təbəssümlərini düşünürlər.
Bir küçə var ki, qəlbim onu
uşaqlığımın məhəllələrindən oğurlayıb.

# 182 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər