Məşhur rəsm əsərini cırdılar

Məşhur rəsm əsərini cırdılar
29 may 2018
# 14:11

Məşhur rus rəssamı İvan Repinin Moskva qalereyalarından birində saxlanılan “İvan Qroznı və oğlu İvan. 1581-ci ilin 16 noyabrı” tablosu üç yerdən zədələnib.

Kuls.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, tablo çarın simasının təsvir olunduğu mərkəz hissədə korlanıb.

Zədələnmiş tablonu qalereyanın daimi ekspozisiyasından alıb bərpa emalatxanasına göndəriblər. Bərpaçılar tablonu şüşə qırıntılarından təmizləyib zədələnmiş yerləri bütövləşdirə biliblər. Amma əsərin tam bərpası ciddi mütəxəssi səyi tələb edir.

Xatırladaq ki, tablonu bir neçə gün əvvəl ziyarətçilərdən biri korlayıb. O, hüdud xəttini keçərək metal alətlə tablonun şüşəsini sındırıb kətanı cırmışdı. Ziyarətçi kişi saxlanılıb haqqında mədəni irsə ziyan vurma maddəsi ilə cinayət işi açılıb.

# 1142 dəfə oxunub

Müəllifin son yazıları

# # #