ABŞ-də bir qrup yazıçı “ChatGPT” proqramını istehsal edən süni intellekt araşdırma şirkəti OpenAI-ni əsərlərindən icazəsiz istifadə etdiyinə görə məhkəməyə verib.
Kulis.az xəbər verir ki, Corc R.R.Martin, Con Qrişam və Codi Pikoult da daxil olmaqla 17 müəllif OpenAI-a qarşı "kütləvi miqyasda sistemli oğurluq" iddiası qaldırıb.
Yazıçılar Gildiyası məsələyə münasibət bildirib.
- Arif Babayev “Şərəf” ordeni ilə təltif edilib
- Tolstoy adam öldürübmüş
- Yaradıcılıq Fondunun hekayə müsabiqəsi
Qurumun açıqlamasında qeyd olunub: "Biz bu oğurluğu dayandırmalıyıq. Əks halda, ədəbiyyatımız məhv olacaq".