Rusiyalı müğənni Kristina Orbakayte xarici agent kimi tanına bilər.
Kulis.az xəbər verir ki, mart ayında Orbakayte Çexiyada ukraynalı iş adamları tərəfindən təşkil olunan korporativ tədbirdə çıxış edib.
Həmin tədbirdə Ukrayna Silahlı Qüvvələrini dəstəkləyən müğənni Qarik Kriçevski də iştirak edib.
Rusiya Federasiyasının Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə layihəsi çərçivəsində bildirilib ki, Orbakayte tədbirdən Rusiyaya dost olmayan mənbələrdən maliyyə almış ola bilər.
Qeyd edək ki, sənətçinin Rusiyada səhnəyə çıxmasının qadağan olunması da təklif edilib.