"Yaşadıqlarım psixologiyama mənfi təsir edir" - Salman Rüşdi

"Yaşadıqlarım psixologiyama mənfi təsir edir" - Salman Rüşdi
13 iyul 2023
# 13:20

Məşhur hind əsilli yazıçı Salman Rüşdi yaşadıqlarının psixiologiyasına mənfi təsir etdiyini bildirib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, tanınmış yazıçı bir müddət əvvəl ona qarşı təşkil olunmuş bıçaqlı hücumun psixologiyasına mənfi təsir etdiyini və qorxulu yuxular gördüyünü deyib. O, həmçinin qeyd edib ki, bu hadisələrlə bağlı kitab yazmaq fikrindədir.

"Mən təkcə hücumla bağlı yazmaq fikrində deyiləm, həm də onun necə hiss olduğu haqqında bir neçə yüz səhifəlik kitab yazacam. Düzdür, yazmaq asan deyil, amma öhdəsindən gəlməliyəm".

Qeyd edək ki, Salman Rüşdi 2022-ci ildə sui-qəsd nəticəsində bir gözünü itirmiş və əlindən xəsarət almışdı.

# 1176 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #